COP29-un baş icraçı direktoru "CERAWeek" konfransında iştirak edib - FOTO
Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“CERAWeek” iştirakçılarına müraciət edən COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki səylərindən danışıb. COP29 enerji keçidini inkişaf etdirmək üçün COP28-də əldə edilmiş irəliləyişə əsaslanaraq qlobal öhdəliklərin yerinə yetirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərini dəstəkləyəcək”, - paylaşımda bildirilib.
Oxşar xəbərlər
Dayanıqlılıq və İqlim üzrə Mərkəzin rəhbəri: “COP29 müzakirə üçün əla platforma olacaq”
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu konfransı (COP29) bu il Azərbaycanda keçiriləcək. Bu barədə qərar ötən ilin...