22 nəfər yaralandığı qəzada oğlunun vəziyyətini öyrənmək üçün gələn ananı maşın vurub öldürdü
Türkiyənin Ankara şəhərində 3 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 22 nəfər yüngül xəsarət alıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza keçirən oğlunu görmək üçün hadisə yerinə gələn qadın sərxoş sürücünün vurması nəticəsində dünyasını dəyişib.
Belə ki, Ankarada gecə saat 01 radələrində Yenimahalle səmtindəki Anadolu Bulvarında yük maşını, minik maşını və xidməti mikroavtobusunun iştirakı ilə zəncirvari qəza meydana gəlib.
Sağlamlıq qrupları tərəfindən qəzada yüngül xəsarət aldığı müəyyən edilən 22 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ehtiyat tədbirləri görülməsi üçün ətraf xəstəxanalara köçürülüb.
Daha sonra F.T. adlı qadın oğlu M.E.T.-nin qəzada yaralandığını öyrənib. O, hadisə yerinə gedib və vəziyyətlə bağlı məlumat almaq istəyib.
Bu zaman O.A-nın idarə etdiyi avtomobil F.T.-ni vurub.
Qəza törədən sürücünün sərxoş olduğu məlum olub
Ağır yaralanan qadını xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Sürücü isə saxlanılıb.
Oxşar xəbərlər
Avropa çempionunun ölümünə səbəb olan sürücü: "Sərxoş idim" - FOTO/VİDEO
Uşu üzrə Türkiyə Milli Komandasının idmançısı Buket Kayanın avtomobil qəzasında ölümü ilə bağlı detallar üzə çıxıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər ve...