22 illik araşdırma: Qadınların ürəyi...
Amerikada kardiologiya sahəsində 412 413 nəfər üzərində elmi araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, tədqiqat kardiologiya sahəsində mühüm elmi jurnallardan biri olan "American College of Cardiology" jurnalında dərc olunub.
Aparılan araşdırmaya görə, qadınlar həftədə 140 dəqiqə, kişilər isə 300 dəqiqə idman etdikdə eyni miqdarda fayda əldə edirlər.
Qadınlar daha az əzələ gücünə sahib olsalar da, məşq zamanı daha çox çox təkmilləşdirmələr edirlər.
Araşdırmada iştirak edənlərin 55 faizini qadınlar, 45 faizini isə kişilər təşkil edib. Araşdırma 1997-2019-cu illər arasında aparılıb.
Bu araşdırmaya görə, idman qadınları 24 faiz, kişiləri isə 15 faiz təkcə ürək xəstəliklərindən deyil, həm də digər xəstəliklərdən ölüm riskindən qoruyur.
Oxşar xəbərlər
Bu kənddə qadınlar ərlərini günbəgün zəhərləyib öldürüblər
Macarıstanın paytaxtı Budapeştdən təxminən altmış mil cənub-şərqdə Tisa çayı üzərində yerləşən Nagryev kəndində hər gün gizli şəkildə törədilən qətllər təxminən...