SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşüb.
 
BAKU.WS-in məlumatına görə, Sarkisyan həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə danışıqlar aparıb.
 
Tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırki mərhələsini müzakirə edib. Görüşdə cəbhədə atəşkəsin pozulması hallarına toxunulub. 
 
ŞAHİN Həbibov
BAKU.WS