21 yaşı tamam olan qəhrəmanımız - Şəhid Fərid Məmmədov - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsi zamanı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də Məmmədov Fərid Eyvaz oğludur.
BAKU.WS xəbər verir ki, Fərid Məmmədov 12 oktyabr 2000-ci il Kürdəmir rayon Şıxımlı kəndində anadan olub.
O, orta təhsilini Köhnəbazar kənd tam orta məktəbində alıb. Məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa çatdırdıqdan sonra Müddətdən Artıq Hərbi Qulluqçu (MAHQ) kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak edən Fərid Məmmədov 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Onu qəhrəmanlıqlarına görə ölkə başçısı ölümündən sonra ''Vətən uğrunda'', “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edib.
Qalereya
Oxşar xəbərlər
Bu gün 29 yaşı tamam olan qəhrəman - Şəhid Tural Məmişov - FOTO
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də Mə...