VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirəsi ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya protesti və iş üzrə maraqlı tərəflərin apellyasiya şikayətinə baxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə apellyasiya instansiyasının verdiyi qərarı qüvvədə saxlayıb. Dövlət ittihamçısının protesti və kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, iş üzrə maraqlı tərəflərin vəkilləri müsadirə edilən əmlakların bəzilərinin Rasim Məmmədova aid olmadığını və istintaq zamanı doğru araşdırılmadığını iddia edərək kassasiya şikayəti veriblər. Onlar əmlakların geri qaytarılmasını istəyiblər.

Protestlə çıxış edən dövlət ittihamçısı isə işin yenidən apellyasiya məhkəməsinə qaytarılmasını və verilən şikayətlərin təmin edilməməsini istəyib.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

BAKU.WS