VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər təşvişdə - Armeniya Ermənistan olacaq” adlı veriliş efirə gedib.

Verilişdə Ermənistanda Nikol Paşinyanın təkrar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyan etməsindən sonra yeni panika dalğası yarandığı, mətbuat və sosial mediada qaynar müzakirələr getdiyi bildirilir.

Qeyd olunur ki, Ermənistanın gələcəyi haqqında xəstə, bəzən isə sağlam proqnozlar verilir: “Qarabağdan sonra anklavlar məsələsi, Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıdacağı Ermənistan cəmiyyətində fırtına yaradıb. Azərbaycanın ərazi bütövlüyünün Nikol Paşinyan tərəfindən tanınması təkcə Qarabağ ərazisini əhatə etmir, həm də Ermənistan ərazisində qalan Qazağın yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndinin qaytarılmasını nəzərdə tutur. Bu kəndlər bu günə qədər Ermənistan işğalındadır”.

Bildirilir ki, erməni jurnalistləri işğal altında olan Əskipara kəndində olublar və əhalinin bu kəndlərin qaytarılmasına münasibətini öyrəniblər. Ermənilər bu kəndin adını Voskepar qoyublar:

“Düşünürük ki, bura bizim üçün strateji əhəmiyyət kəsb edir. İran və Gürcüstana gedən əsas yollar bu kəndlərdən keçir. Bu anklavlar Azərbaycana qaytarılsa, biz bu ölkəyə gedə bilməyəcəyik. İnsanlar gələcəyə inamını itirib, burada iş yeri yoxdur, həyat çox ağırdır. Ona görə gənclər kəndi tərk ediblər. Bu gün anklavlar məsələsi bizi çox narahat edir, azərbaycanlılar bu yerlərə qayıtmaq istəyirlər”.

Vurğulanır ki, İrəvanda sülh sazişi və onun şərtləri, anklav məsələləri ciddi müzakirə olunur. Siyasi şərhçilər və ictimai xadimlərin fikrincə, dünyanın gözündə bu anklavlar qanuni olaraq Azərbaycan ərazisidir, ona görə də Azərbaycan rahat bu əraziləri geri ala bilər:
“Əminik ki, heç bir ölkə buna görə Azərbaycanı ittiham etməyəcək. İstənilən peşəkar siyasətçi məqsədə doğru gedir, şou göstərmir. Nikol Paşinyandan fərqli olaraq İlham Əliyev səriştəli siyasətçidir. Praqada və Brüsseldə Qarabağ məsələsini həll etdi, anklavlar məsələsini də həll edəcək. Bu gün sülhü əldə etmək üçün yalvarmaq məcburiyyətindəyik. Qarabağı itirmişik, digər əraziləri də itirəcəyik. Armeniya axırda Ermənistana çevriləcək. Hər şey bununla da bitəcək”.

Sonda diqqətə çatdırılır ki, Ermənistan tərəfi təminatlı və sağlam sülh istəyirsə səkkiz kəndin qaytarılması məsələsini həll etməli, 1988-ci ildə öz doğma torpaqlarından qovulan azərbaycanlıların qayıdışına, konstitusion hüquqlarına təminat verməlidir. Ermənistanın bu məyusluq, kütləvi psixoz və qonşulara qarşı ədavət durumundan çıxarmaq, yaddaş dalanından, iqtisadi, sosial və mənəvi çöküşdən xilas etmək üçün yeganə çıxış yolu sülh müqaviləsinin imzalanmasıdır. Bunu dərk edən Nikol Paşinyan sülh müqaviləsinin 2023-cü ilin sonuna qədər imzalanmasını gerçək hesab edir. Bununla anklavlar məsələsi də həllini tapmalıdır. Erməni cəmiyyəti isə sülh şəraitində yaşamağa və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz tarixi Vətənlərinə qayıdışı ilə barışmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

BAKU.WS