Netanyahu Vaşinqtonda Trampla görüşəcək
Netanyahu Vaşinqtonda Trampla görüşəcək.
BAKU.WS xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi səfər çərçivəsində bu gün ABŞ-nin paytaxtı Vaşinqtona yollanacaq.
Məlumata görə, Netanyahu sabah Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək. Tərəflərin regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
İsrail Baş nazirinin Ofisindən bildirilib ki, səfər proqramına ABŞ-da vəfat edən respublikaçı senator Lindsi Qrehemin dəfn mərasimində iştirak da daxildir.
Netanyahunun Vaşinqton səfərinin ABŞ-İsrail münasibətləri və regiondakı son proseslər fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanır.
Oxşar xəbərlər
Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. BAKU.WS xəbər verir ki, di...