Polşalı səyyah: “Azərbaycan Qarabağı çiçəklənən regiona çevirə bilər”

04
noy
2023
21:27
“Azərbaycan Qarabağı çiçəklənən regiona çevirmək üçün bütün imkanlara və resurslara malikdir”.
Bunu “Report”a polşalı səyyah Artur Yunoşevski deyib.
Dünyanın 175 ölkəsində olduğunu deyən A.Yunoşevski regiona səfərlə bağlı təəssüratlarını bölüşüb:
“İlk gündə Qarabağın yalnız kiçik bir hissəsini gördüm. Dağılmış evlər ağır təəssürat yaradır, dərin hisslər buraxır. Ancaq düzgün investisiyalarla bölgəni bərpa etmək, onun ən qısa zamanda əvvəlki parıltısına qovuşmasını təmin etmək olar”.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
