Britaniya səfiri Bərdədə Qadın Resurs Mərkəzini ziyarət edib - FOTO
13
okt
2023
17:22
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bərdədə ölkəsinin maliyyələşdirdiyi Qadın Resurs Mərkəzini ziyarət edib.
BAKU.WS xəbər verir ki, diplomat bu barədə "X" hesabında paylaşım edib.
"Bərdədəki Qadın Resurs Mərkəzinin regionda qadınlara kömək etmək üçün böyük işlər gördüyünü görmək çox xoşdur. Səfərim zamanı onların hekayələrini dinlədim və yeni tikilən müəssisələrə baş çəkdim. Biz bunun bir hissəsi olmaqdan xoşbəxtik", - paylaşımda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı
Anım Günündə Böyük Britaniya səfirliyində Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. BA...