Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil qarşısına çıxan uzunqullağı vurub. Qəzadan sonra uzunqullaq yenidən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman "Mercedes" markalı minik maşını onu vurub. Uzunqullaq hadisə yerində tələf olub. Bundan sonra qəzanı görən "KİA" markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA" ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı...