2021-ci ilin ən gözəli o seçildi - VİDEO
Meksika təmsilçisi Andrea Meza 2021-ci ilin "Dünya gözəli" müsabiqəsinin qalibi olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə yarışın instaqramdakı rəsmi səhifəsində elan edilib.
Gözəllik tacını 2019-cu ilin yarışmasının qalibi, CAR-dan olan model Zozibini Tunsi ona təqdim edib. Bundan başqa, müsabiqə liderlərinin ilk beşliyinə Braziliyadan, Hindistandan, Dominikan Respublikasından və Perudan qızlar daxil olub.
"Dünya gözəli" müsabiqəsi bu il Floridada (ABŞ) keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar müsabiədə bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
Andrea Meza Meksikanın bu titulu qazanmağa müvəffəq olan üçüncü nümayəndəsidir. Daha əvvəl onun həmvətənləri 1991 və 2010-cu ildə bu mükafatı alıblar.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...