VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.

Modern.az-ın xəbərinə görə, Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. 

Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib. 

Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.
 
BAKU.WS