2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)
Siyasət 916

2015-ci il gəlişi ilə 2014-cü ildəki uğursuzluqları unutduracağını düşünsək də, əksi oldu. Bu ildə ötən illərdəki kimi tariximizin qara səhifəsinə daha bir neçə faciəni həkk etdirdi. 

2015-ci il hansı önəmli hadisələr olub? Onların bir neçəsini təqdim edəcəyik. 

Devalvasiya

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Bununla da Azərbaycanda devalvasiya dalğası başlandı.

19 may faciəsi

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

Bu ilin may ayının 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetki 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verdi. Hadisə nəticəsində 15 nəfər həyatını itirdi, 56 nəfər isə xəsarət aldı. Həyatını itirənlərdən dördü azyaşlı idi. Bir ailə isə tamam məhv oldu. 

Sumqayıtda dəhşətli qəza

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində "Mercedes-Benz” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra "Nissan” markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində 5 nəfər faciəvi şəkildə həyatını itirib, 11 nəfər isə xəsarət alıb. 

Nazirlərin vəzifəsindən azad edilməsi, məmurların həbsi

Bu il həm də bir neçə məmurun həbsi və nazirlərin işdən çıxarılması ilə yadda qaldı. İlk öncə, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev vəzifəsindən azad edildi və həbs edildi. Daha sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Eldar Mahmudovla yanaşı bir neçə general da tutduğu vəzifədən azad edildi, bir neçəsi isə həbs edildi. Həbs edilənlər arasında MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov da var. Həmçinin, prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

26 noyabr tarixində isə Nardaran qəsəbəsində ilahiyyatçı Hacı Talehin tərəfdarları ilə polis əməkdaşları arasında silahlı insident yaşandı. Hadisə nəticəsində iki polis əməkdaşı, 5 nəfər isə Hacı Talehin tərəfdarı həyatını itirdi, Hacı Taleh və tərəfdarları həbs edildi. 

"Günəşli" faciəsi  

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

Dekabrın 4-ü saat 17:40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində güclü partlayış baş verib. Yanğın zamanı 32 nəfər itkin düşüb, 30 nəfər xilas olub. İtkin düşən 32 nəfərdən 6 nəfərin cəsədi tapılaraq, torpağa tapşırılıb. 

MTN ləğv edildi

2015 Azərbaycan üçün necə keçdi? Həbslər, hadisə və cinayətlər (FOTO)

Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır. Beləliklə, MTN ləğv edildi.   Ayşən Ayxan  BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda dollar bahalaşmaqda davam edir

Azərbaycanda dollar bahalaşmaqda davam edir

Bu gün dekabrın 16-ı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycan Mərkəzi...

1290 İqtisadiyyat 09:31 17 dekabr 2015

Son xəbərlər