Mikayıl Cabbarov Alessandro Puliti ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
"Görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük. Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.
İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri cənab Alessandro Puliti ilə görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, #enerji, #infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi… pic.twitter.com/glQwZNmd2l
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 10, 2025
Oxşar xəbərlər
Daşaltı əməliyyatından 34 il keçir
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 34 il ötür. BAKU.WS xatırladır ki, əməliyyat Şuşanın Daşaltı...