İlham Əliyev Ankarada (VİDEO)

İlham Əliyev Ankarada (VİDEO)
Video
Siyasət 2765

 

Azərbaycan prezidenti İlham Əliyevin Ankara səfəri başlayıb. 

BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olaraq Beştepede rəsmi mərasimlə qarşılanıb. 

 

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçiriləcəyi planlaşdırılsa da, terror hadisəsinin baş verməsindən sonra Ərdoğanın Bakı səfəri ləğv edilib. Ancaq sonradan edilən bir təklifə əsasən toplantının Ankarada keçirilməsi qərarı alınıb. 

Prezident qaynaqlarından əldə edilən məlumata görə, toplantının yerinin dəyişdirilməsi qərarı Azərbaycan prezidenti İlham Əliyevdən gəlib. Prezident Ərdoğan isə terrorla mübarizə mövzusunda Türkiyə ilə həmrəylik sərgiləmə çərçivəsində edilən bu təklifi qəbul edərək bu jestə görə İlham Əliyevə təşəkkürlərini bildirib. 

Ankarada 17 fevral tarixində baş verən terror hadisəsi zamanı da Ərdoğanın Azərbaycana səfəri ləğv edilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevdən Türkiyəyə böyük jest

İlham Əliyevdən Türkiyəyə böyük jest

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. BAKU.WS-in məlumatına görə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda...

1562 Siyasət 09:51 15 mart 2016

Son xəbərlər