"Digitürk"dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik (FOTOFAKT)
12
yan
2018
12:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk”ün Dağlıq Qarabağda dileri fəaliyyət göstərir.BAKU.WS-in məlumatına görə, şirkətin saytında dilerlərin fəaliyyət göstərdiyi xarici ölkələr arasında Dağlıq Qarabağ da göstərilir.“Yeni IP qutumuzu nağd ödəmə ilə satın almaq üçün aşağıdakı dilerlərimizlə əlaqə yarada bilərsiniz”, - deyə saytda qeyd edilir.Məsələ ilə bağlı “Digitürk”ün Azərbaycandakı filialı ilə əlaqə saxladıq. Filialdan BAKU.WS-ə “Digitürk”ün Dağlıq Qarabağda dilerinin fəaliyyət göstərməsindən xəbərləri olmadığını bildirdilər.Eyni zamanda qeyd edildi ki, məsələ ilə bağlı “Digitürk”ün baş ofisinə müraciət ediləcək.BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan vətəndaşlarına Azərbaycana səfərlə bağlı XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün...