SİZİN REKLAM BURADA!
055 213 76 73


Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza əmin-amanlıq, uğurlar, rifah diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

BAKU.WS