VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.

Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 ölüb, 900-ə yaxın insan yaralanıb.

BAKU.WS