İlham Əliyev: "Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır"

İlham Əliyev: Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır
Siyasət 66

"Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizi başçısı qeyd edib: "Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır".

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4285 Siyasət 09:51 08 may 2023

Son xəbərlər