Azərbaycan və İsrail XİN başçılarının görüşü başa çatıb - FOTO - YENİLƏNİB-2

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin təkbətək görüşü başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
***10:26
Təl-Əviv şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında təkbətək görüş başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, C.Bayramov İsraildə rəsmi səfərdədir.
*** 10:15
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə E.Koen özünün tvitter hesabında paylaşım edib.
“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib.
היסטוריה!
— אלי כהן | Eli Cohen (@elicoh1) March 29, 2023
אני מארח כעת במשרד החוץ את שר החוץ של אזרבייג'ן @Bayramov_Jeyhun.
לראשונה אחרי 30 שנות יחסים בין המדינות יגיע שגריר אזרי לישראל ותפתח שגרירות קבע.
ברוך הבא לישראל🇮🇱🇦🇿 pic.twitter.com/nDgzffXWiM
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
