VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2024-ün seçmə mərhələsində İsveç millisi ilə qarşılaşacaq Azərbaycan yığması artıq bu ölkədədir.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin “Report”a verdiyi məlumata görə, AFFA rəhbərliyi və milli komandanın baş məşqçisini paytaxt Stokholmda Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri qarşılayıblar.

Səfir baş tutan görüşdə Azərbaycan millisinə İsveç yığması ilə oyunda və digər matçlarda uğurlar arzulayıb.

Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

BAKU.WS