VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cinayət Məhkəməsi bu qurumun qərarlarını tanıyan ölkələrdə Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərar qəbul etdikdən sonra müxtəlif dövlətlər bu məsələyə fərqli reaksiya verdilər.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Ermənistanın Konstitusiya Məhkəməsi bunu daxili qanunvericiliyə uyğun hesab etdiyini açıqlayıb. Qeyd olunub ki, V.Putin Ermənistanda da həbs oluna bilər.

Məlum olduğu kimi, Ermənistan uzun illər Rusiyanın for-postu olub, bu dövlətin “çətiri altında” öz siyasətini, o cümlədən işğalçılıq ambisiyalarını həyata keçirib.

Rəsmi İrəvan zaman-zaman Moskvanın yardımlarından istifadə edib. Amma xüsusilə hazırkı baş nazir Nikol Paşinyan həm də hər fürsətdə Kremlə “badalaq vurub”. Hökumət başçısının Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında ayrı-ayrı vaxtlarda səsləndirdiyi fikirlər, həmçinin Vətən müharibəsindəki məğlubiyyətə görə birbaşa və dolayısı yolla Kreml rəhbərini ittiham etməsi İrəvanın sürüşkən siyasətinin təzahürüdür.

Kreml rəsmiləri, o cümlədən də V.Putin Ermənistanın onların yaxın tərəfdaşı olduğunu bir neçə dəfə diqqətə çatdırıblar. Ermənistanın hazırkı ritorikası, o cümlədən Rusiya lideri barədə həbs qərarını dəstəkləməsi isə arxadan zərbə vurmaqdan başqa bir şey deyil.

Maraqlıdır ki, N.Paşinyanın bu cür “badalaqlarına” baxmayaraq, Rusiya hələ də Ermənistanı himayə edir. Bunun ən bariz nümunəsi kimi, Qarabağdakı rus hərbçilərinin erməni separatçıları dəstəkləməsini misal göstərə bilərik.

Bu, məntiqə sığırmı?

Ukraynadakı müharibə fonunda Rusiya getdikcə sivil dünyadan təcrid olunur. Dünya liderlərinin böyük əksəriyyəti Kreml rəhbəri ilə əlaqəsini kəsib. Belə bir vaxtda Ermənistan Konstitusiya Məhkəməsinin bəyanatı Rusiya üçün növbəti zərbə oldu.

Dar günə düşən Moskva artıq başa düşməlidir ki, İrəvandan dost olmaz.

Yaxşı bir misal var: “Erməni siyasətçisi sənə dost deyirsə, səni bıçaqlamaq istəyir. Əgər erməni siyasətçisi sənə qardaş deyirsə, o, artıq səni bıçaqlayıb”.

Bu, Ermənistanın hazırkı hakimiyyətinə, o cümlədən N.Paşinyanın xislətinə tamamilə uyğundur.

Tamamilə başa düşüləndir ki, İrəvanın V.Putinlə bağlı bu addımı daha çox Qərbin xoşuna gəlmək üçündür. Bəlkə də, Ermənistan bunu bacarıb. Amma həm də onu deməliyik ki, N.Paşinyan oturduğu budağı kəsir.

Yəqin, bundan sonra Rusiyanın Ermənistanla bağlı siyasəti dəyişər. Əks halda rəsmi İrəvan Moskvaya arxadan daşlar atmağa davam edəcək. Daldan atılan daş isə topuğa dəyir.

BAKU.WS