Anar Quliyev: "2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq"
"Bakı dünya üzrə şəhərlərin və icmaların gələcəyini formalaşdırmaq üçün unikal platforma olacaq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, WUF13 Mərkəzi Asiya və Cənubi Qafqazda keçiriləcək ilk Dünya Şəhər Forumu olacaq:
"Forum urbanizasiyanın misli görünməmiş sürətlə artdığı bir dövrdə keçirilir. Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq. Dünyada karbon emissiyalarının təxminən 40%-i binalar və tikinti sektoru ilə bağlıdır, buna görə də mənzil sektoru həm iqlim dəyişikliklərinin azaldılması, həm də iqlimə uyğunlaşma baxımından mühüm rol oynayır".
A.Quliyev xatırladıb ki, WUF13 tarixi olacaq, çünki bu çərçivədə ilk dəfə Liderlər Sammiti keçiriləcək:
"Dövlət və hökumət rəhbərləri şəhərlərin strateji prioritet kimi yüksək səviyyəli qlobal liderliyi tələb etdiyinə dair müzakirə aparacaqlar. Bu, mənzil və şəhər inkişafının yalnız texniki deyil, strateji prioritet olduğunu və ən yüksək qlobal səviyyədə liderlik tələb etdiyini göstərir. Forumun başlanmasına iki ay qalmış Bakı dünya miqyasındakı tədbirə artıq hazırdır".
Oxşar xəbərlər
Bu gün yazıçı Anarın doğum günüdür
Bu gün Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. BAKU.WS xəbər verir ki, yazıçının 88 yaşı tamam olur. Anar Rzayev 1938-ci il...