"Formula 1" Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Mercedes" komandasında çıxış edən britaniyalı Corc Rassell "Formula 1" sinfində 2026-cı il mövsümünün dünya birinciliyinin ikinci mərhələsinin - Çin Qran-prisinin sprint yarışında qələbə qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yürüş Şanxaydakı trasda keçirilib.
Finişə ikinci olaraq "Ferrari"nin monakolu yarışçısı Şarl Lekler çatıb. Mükafatçılar üçlüyünü onun komanda yoldaşı, britaniyalı pilot Lüis Hamilton tamamlayıb.
Çin Qran-prisi proqramında sprint yürüşünün keçirilməsi nəzərdə tutulan altı çempionat mərhələsi sırasına daxildir.
Şənbə günü daha sonra iştirakçılar martın 15-nə planlaşdırılmış əsas yürüşün təsnifat mərhələsinə çıxacaqlar.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...