Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Yevlax-Bərdə avtomobil yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi "VAZ-2106" markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...