Ceyhun Bayramov Kahramanmaraşdadır - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraş vilayətində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.
Azərbaycan Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun qardaş Türkiyənin dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu tərəfindən qarşılanıb. pic.twitter.com/GzH4d64nhW
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023
Daha sonra nazir Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Nazir @Bayramov_Jeyhun #Türkiyə|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində @AFADBaskanlik Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub. pic.twitter.com/lfJo9IbL5B
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023
***12:53
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.
BAKU.WS report-a istinadən xəbər verir ki, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
