Naxçıvan MR-in sabiq prokuroru həbs olunmayıb - RƏSMİ

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.
Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.
"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...
