Dünyada ilk: Kiyevdə hərbi pilotsuz sistemlərin və yerüstü robotlaşdırılmış komplekslərin paradı keçirildi
Ukraynanın paytaxtı Kiyevdə müstəqillik günü münasibətilə ən yeni müdafiə texnologiyalarının geniş nümayişi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Censor.NET məlumat yayıb.
Bildirilir ki, Kiyevdə dünyada ilk dəfə hərbi yerüstü robotlaşdırılmış komplekslərin, dəniz pilotsuz aparatlarının, aviasiya dronlarının və pilotlu aviasiyanın paradı baş tutub.
Tədbir zamanı yerli və xarici istehsalı olan, müdafiə qüvvələri tərəfindən cəbhədə və dənizdə döyüş, kəşfiyyat, logistika və təxliyə tapşırıqlarını yerinə yetirmək üçün fəal şəkildə istifadə olunan geniş çeşidli işlənmələr nümayiş etdirilib.
Oxşar xəbərlər
Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb
Operativ yaddaşın həcminin çox olması kompüterin, xüsusilə də oyunlarda daha sürətli işləyəcəyinə zəmanət vermir. Buna təsir edən əsas amillərdən biri RAM modul...