Ərinin boğazını bıçaqla kəsdi – ŞOK hadisənin DETALLARI

Ərinin boğazını bıçaqla kəsdi – ŞOK hadisənin DETALLARI
Video
Hadisə 32

Arvadı canına qəsd etdiyini deyirdi, polis qətl olduğunu müəyyən etdi... Qadın ərinin boğazını bıçaqla kəsərək qətlə yetirib...

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki ağır cinayət Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabit Orucov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Ötən gün axşam saatlarında bir nəfərin özünü kəsici alətlə öldürməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları baxış keçiriblər. Araşdırmalarla 46 yaşlı Nail Syubayevin ailə münaqişəsi zəmnində həyat yoldaşı 42 yaşlı Alfina Azizova tərəfindən qətlə yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Kəsici alət isə sübut kimi götürülüb. Nail Syubayevin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Qonşuların sözlərinə görə, hər iki şəxs spirtli içki aludəçisi olublar və mütəmadi şəkildə ailədaxili mübahisələri baş verib. Məlumatlara görə, onların 2 övladı var.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər