Qazaxda 3 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunda ölümlə nəticələnən ağır avtoqəzada yaralananların vəziyyəti məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (bir kişi, bir qadın) avqustun 23-də saat 10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan bir nəfərin (kişi) müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti ağır qiymətləndirilən digər şəxsin isə (qadın) reanimasiya tədbirlərinə baxmayaraq, saat 10:35-də bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
*** 09:30
Qazaxda 3 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində 1997-ci il təvəllüdlü Mustafayev Şadət Məhəmməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə 1968-ci il təvəllüdlü İbrahimov Məqsəd Oruc oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub.
Nəticədə "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Mustafa oğlu hadisə yerində, 1958-ci il təvəllüdlü Mustafayeva Sakibə Camal qızı Qazax rayon Mərkəzi Xəstəxanasında ölüb. "Mercedes" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax RPŞ-də CM-nin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...