Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb.
"Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Şəhid olan şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik", - paylaşımda bildirilib.
Ukraine strongly condemns today’s attack on the embassy of Azerbaijan in Tehran, which resulted in one death and left several security personnel injured. We offer our sincere condolences to the loved ones of the victim, and wish a speedy recovery to the wounded.
— Oleg Nikolenko (@OlegNikolenko_) January 27, 2023
BAKU.WS