12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfər edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ümummilli Liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud "Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.
 
BAKU.WS