VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat Nazirliyində köklü islahatlar həyata keçirilir. BAKU.WS-in məlumatına görə, bu həftənin birinci günü, avqust ayının 3-də nazirlikdə iclas keçirilib.

İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.

Müzakirədən sonra Nəqliyya Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən qovulublar. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə isə Elnur Abdullayev təyin edilib. İclasda sərnişindaşımada mövcud problemlər müzakirə olunub və işin keyfiyyətini yüksəltmək üçün lazımı qərarlar qəbul olunub.

Ziya Səccad
BAKU.WS