SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya tanklarının Suriyaya girdiyi iddia olunur.
 
BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ-dan olan səlahiyyətlilər "Reurters" agentliyinə bildiriblər. İddialara görə hazırda 10-a yaxın rus tankı artıq bölgəyə çatıb. Rusiya hərbi texnikaları burada hərbi bazanı müdafiə edəcəklər. 

BBC-nin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin göndərdiyi T-90 tankları texniki baxımdan ən müasir hərbi texnikalar sayılır. Digər bir iddiaya görə, Rusiyanın ağır artileriyası Lazkiye adlı bölgəyə gətirilib. 
 
 
ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bölgəyə qısa zamanda çox sayda canlı qüvvə və pul axını olduğunu bildirib. Rusiya isə bu açıqlamadan sonra hərbi vəsaitin Suriyaya İŞİD-ə qarşı döyüşdə kömək məqsədiylə göndərildiyini bildirib. 

Devis eyni zamanda, Rusiyanın hərbi manevrlərinin ABŞ və koalisiya qüvvələrinin təyyarələrinin İŞİD-ə qarşı hücumları zamanda qarışıqlıq yaradacağını açıqlayıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS