Prezidentin səmimi davranışı gündəm oldu - VİDEO

18
avq
2022
08:04
“Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbir zamanı maraqlı anlar yaşanıb. Belə ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin xanımı Tamara Sinyavskayanın səhnədən düşməsinə kömək edib.
Həmin səmimi görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - YENİLƏNİB - FOTO
Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və...
