Özbəkistan Britaniyadakı səfirliyimizə olan hücumu pislədi

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan XİN bəyanat yayıb.
“Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - məlumatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...