Daha bir əsgər Laçında döyüş tapşırığını yerinə yetirərkən həlak olub - RƏSMİ

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib
Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
