Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmaq niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.
"Sülhün institutsionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət "Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması üzrə işləri davam etdirəcək", - hökumətin gündəliyinə daxil edilmiş və saytda dərc olunmuş sənəddə qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...