Rusiya qorxu çarlığına qayıdır
"Rusiya Daxili İşlər Nazirliyi Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski ilə bağlı araşdırmaya başlayıb. İlk baxışdan bu hadisə növbəti aparatdaxili qarşıdurma təsiri bağışlaya bilər. Lakin məsələnin arxasında daha ciddi bir mənzərə görünür:
Rusiyada artıq hakimiyyətə sadəcə loyal olmaq kifayət etmir. İndi insandan nümayişkaranə sədaqət, qeyd-şərtsiz dəstək və hətta fanatizm tələb olunur".
BAKU.WS xəbər verir ki, bu barədə Caliber.az-ın "YouTube" kanalının növbəti buraxılışında bildirilir.
"Burada, xüsusilə, diqqətçəkən paradoks budur ki, söhbət dissidentdən və ya Kremlin rəqibindən getmir. Zaslavski Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyib. Lakin görünür, bu da kifayət etməyib.
Rektorun "cinayəti" - təbii ki, bu söz şərti mənada işlədilir - rəhbərlik etdiyi ali məktəbi hərbi komissarlığın filialına çevirməməsi, tələbələri zorla cəbhəyə göndərməməsi və hakimiyyət qarşısında maksimum səviyyədə canfəşanlıq nümayiş etdirməməsidir.
Burada isə olduqca narahatedici sual yaranır: Əgər hətta hakimiyyətə sədaqət belə insanın təhlükəsizliyinə zəmanət vermirsə, Rusiyada bu gün kim özünü həqiqətən qorunmuş hesab edə bilər?
Tarix belə bir sistemi artıq tanıyır. Stalin dövründə dünənki silahdaşlar bir neçə ay ərzində "xalq düşməni"nə çevrilə bilirdilər. Buxarin, Rıkov və Kamenev inandığı kommunist ideologiyasının tərəfdarları idilər. Lakin sistem getdikcə daha çox sədaqət sübutu tələb edirdi və nəticədə partiyaya mənsub olmaq belə repressiyalardan qorunmaq üçün kifayət etmirdi.
Bugünkü Rusiyada baş verənlər insanları məhv edən, onların şəxsiyyətini sındıran və onları sistemin itaətkar alətinə çevirən həmin mexanizmləri xatırladır", - deyə materialda bildirilir.
Oxşar xəbərlər
Rusiyalı bloqerlərin Azərbaycana qarşı təxribatının pərdəarxası
Rusiya-Azərbaycan münasibətlərində son günlər yaşanan gərginlik fonunda Bakının atdığı addımların nəticələri müzakirə mövzusu olub. Baku TV-nin "Aktual gündəm"...