Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

30
iyn
2022
07:32
Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
"Bu yaxınlarda xarici işlər nazirimiz Bakıda idi. Onu qəbul etməyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Baş nazirimiz və Dövlət Dumasının sədrinin Azərbaycana səfərləri hazırlanır", - deyə Rusiya prezidenti qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Aşqabadda Vladimir Putin ilə görüşüb - YENİLƏNİB
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. BAKU.WS xəbər veri...
