SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkmənistan Ağsaqqallar Şurasının Yığıncağı sentyabrın 14-də Aşqabadda yeni konstitusiya qəbul edəcək.

BAKU.WS "Report"-a istinadən məlumat verir ki, iclasın tarixi barədə sərəncam Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanıb.

Qeyd olunur ki, yeni konstitusiya layihəsinin qüvvədə olan cari sənəddən əsas fərqi prezidentin səlahiyyət müddəti ilə bağlıdır. Bu müddət 5 ildən 7 ilə qədər artırılacaq. Bundan əlavə, prezidentliyə seçilmək üçün yuxarı yaş həddi götürüləcək. Hazırda bu limit 70 yaş kimi müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl Q.Berdiməhəmmədov Türkmənistanın müasir siyasi və sosial-iqtisadi inkişafının reallıqlarına uyğun konstitusiya layihəsinin ərsəyə gətirilməsinin vacibliyini qeyd etmişdi.