Müdafiə Nazirliyi Kəlbəcərdə itkin düşən hərbi qulluqçu ilə bağlı brifinq keçirib

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.
BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib.
"Baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.
Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb", - A.Eyvazov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...