14 yaşlı qız babasını bıçaqladı - “Niyə etdin” sualına verdiyi cavab isə şoka saldı - VİDEO

14 yaşlı qız babasını bıçaqladı - “Niyə etdin” sualına verdiyi cavab isə şoka saldı - VİDEO
Video
Siyasət 1

Türkiyənin Konya şəhərində anası tərəfindən babasına əmanət edilən 14 yaşlı qız babasını bıçaqlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla saat 2 radələrində qeydə alınıb.

Məlumata görə, 14 yaşlı qız 2 gün öncə anası tərəfindən bir müddət qalsın deyə babasının yanına göndərilib. O, gecə saatlarında naməlum səbəbdən 66 yaşlı babasına mətbəxt bıçağı ilə xəsarətlər yetirib.

Yaşlı kişinin səsini eşidən qonşuları dərhal təcili tibbi yardıma və polisə məlumat veriblər.

Xəstəxanaya aparılan kişinin vəziyyəti ciddidir.

Polis tərəfindən saxlanılan yeniyetmə jurnalistlərin niyə belə etmisiniz sualına boks fəndi göstərərək “Al, bax buna görə etdim, sizə də boks edim?” cavabını verib.

Son xəbərlər