14 yaşlı oğul vəkil atasını 20 dəfə bıçaqlayıb öldürdü - VİDEO

14 yaşlı oğul vəkil atasını 20 dəfə bıçaqlayıb öldürdü - VİDEO
Video
Siyasət 5

Türkiyədə vəkil 14 yaşlı oğlu tərəfindən qətlə yetirilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Sancaktepe ərazisindəki Sarıgazi məhəlləsində baş verib.

Səhər saat 07:00 radələrində vəkil Fatih Gürbüz Karakoyunlunun həyat yoldaşı 14 yaşlı oğlunu məktəbə aparmaq üçün evdən çıxıb. Bu zaman 14 yaşlı yeniyetmə telefonunu evdə unutduğunu deyib və onu götürmək üçün mənzilə qayıdıb.

O yataq otağında yatan atasına 20 dəfə bıçaq zərbəsi endirərək həyatına son qoyub. Daha sonra anasının yanına qaçaraq evə yad adamın girdiyini deyib.

Evə daxil olan qadın ərininin bıçaqlandığını görüb. O hadisə yerinə polis və təcili yardım çağırıb. Vəkilin oğlu onu işlərinə qarışdığına görə qətlə yetirib.

Fatihin cansız bədəni ekspertizaya göndərilib. Vəkil Fatih Gürbüz Karakoyunlunun keçmiş dedputat seçkiləri zamanı CHP 1. İstanbul seçki dairəsindən namizdəliyinin irəli sürüldüyü məlum olub.

Hadisə ilə bağlı cinayət ilşi açılıb. İstintaq aparılır.

Son xəbərlər