SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Rusiya münasibətlərini inkişaf etdirəcək məsələlərin müzakirəsi olub.

Bununla yanaşı, iki ölkə lideri Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyət, Suriya, Liviya və Ukrayna başda olmaqla bölgədəki digər məsələlərin də müzakirəsi baş tutub.

BAKU.WS