VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsi Azərbaycan siyasətinə aidiyyatı yoxdur".
 
ANS PRESS-in məlumatına görə, bunu Mirşahinlə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil. 

"Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti Xədicə İsmayılovadan sərt hakimiyyəti tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyətlə fəaliyyət göstərirlər. Ölkədə 3 500 yaşlı əhalini və bir o qədər də gəcləri təmsil edən qeyri-hökümət təşkilatları, o cümlədən hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlarda azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə, həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil."

Əli Həsənov onların həbsdən azad olunmalarını isə belə izah edib: "Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları, böyük humanistlik nümayiş etdirərək əhv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz.”
 
BAKU.WS