"Qladiator 2" filminin treyleri 182 min dəfə dizlayk edilib - VİDEO

Qladiator 2 filminin treyleri 182 min dəfə dizlayk edilib - VİDEO
Video
Siyasət 148

İki gün əvvəl "Qladiator 2" filminin treyleri təqdim edilib.

BAKU.WS xarici Kiv-ə istinadən xəbər verir ki, ekran işinin treyleri iki gün ərzində 12 milyondan çox baxış toplayaraq ən çox seyr edilən filmlər arasında ilk yerdə qərarlaşıb. Buna baxmayaraq ekran işinin treylerini bəyənəməyənlər də az deyil.

Belə ki, "Qladiator 2"ə 111 min nəfər bəyənib, 182 min nəfər isə bəyənməyib.

Tamaşaçıların böyük əksəriyyəti filmin musiqisini tənqid edib.

Onlar həmçinin qeyd ediblər ki, yeni filmdəki atmosfer ilk filmdən tamamilə fərqlənir.

Xatırladaq ki, Ridli Skottun rejissoru olduğu layihədə Paul Meskal, Denzel Vaşinqton, Barri Keoqan və Cozef Kuinn kimi aktyorlar yer alıblar. Baş rola çəkilən Paul Meskal "Qladiator 1"də Lusillanın oğlu Luçsinin gənclik illərini canlandırır.

"İmperator Qeta" obrazına isə Cozef Kuinn həyat verir. Filmin büdcəsi 250-310 milyon dollardır.

Ekran işi bu ilin noyabrın 22-də kionteatrlarda nümayiş olunacaq.

Son xəbərlər