Vasif Talıbov yeni sərəncam imzaladı

09
apr
2021
10:01
Yeni yaradılan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr müavini təyin edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə Xaliq Yunis oğlu Babayev təyinat alıb.
Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC martın 17-də Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılıb. QSC-yə Sahil Abdulla oğlu Tahirli sədr təyin olunub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
