VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Ötən gün Bakının Nizami küçəsində quzu gəzdirən vətəndaşın polislər tərəfindən bölməyə aparılması ilə bağlı görüntülər yayılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/112989

Budəfəki Xocalı soyqırımının ildönümü əvvəlki illərdəkindən fərqli idi. Soyqırımın 29-cu ildönümündə “Ana fəryadı”na yürüyən xalq da, rəhbəri də daha qürurlu idi. Müharibədə qalib olmuş Ali baş komandan və məğrur xalqı rəşadətli ordusu, şəhidləri, qaziləri sayəsində budəfəki 26 fevralı fərqli andı.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112956

Bakıda nəqliyyat infrastrukturu yenidən qurulur. Bu çərçivədə müxtəlif nəqliyyat növlərinin inkişafı planlaşdırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112997

"Karantin qaydalarının sərtləşdirilməsi və yumşaldılmasına epidemioloji situasiyaya uyğun qərar veriləcək. Hesab edirəm ki, bu gün buna ciddi ehtiyac duyulmur. Amma ehtimal həmişə qalır. Çünki koronavirusla bağlı dünya üzrə verilən proqnozların çoxu özünü doğrultmur".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/113000

Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/112994

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/113002

Koronavirusa yoluxmaların sayında son günlərdə müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir, həm də havaların bir az soyuq keçməsi səbəbindən COVID-19 və digər qripal xəstəliklərin artma reallığı ilə üz-üzəyik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/113005

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/113020

Dünən axşam radələrində küçədə azyaşlı uşaq tapılıb. Uşağın ad və soyadı dəqiq məlum deyil.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/113021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/113026

3 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/113030

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər Azərbaycan Ordusuna həsr olunan “Zəfər” abidəsinin konsepsiya layihəsini təqdim edirik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/113037

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/113044

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/113045

BAKU.WS